DİN silahlı insidentlə bağlı məlumat yayıb

Bakıda silahlı insident baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımov istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsi əməkdaşları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə