Türkiyədə terror aktı 1 ölü, 25 yaralı

PKK terrorçuları Diyarbəkir vilayətinin Hani rayonunda növbəti terror aktı törədiblər. Terrorçular minalanmış avtomobili jandarma qərərgahının qarşısında partladıblar. Hücum nəticəsində yaralıların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili-tibbi yardım maşınları cəlb edilib.

Partlayışdan sonra terrorçularla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə