QHT-lər arasında atıcılıq üzrə çempionat keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar QHT-lər arasında atıcılıq üzrə çempionat təşkil edəcək. Çempionat mayın 9-da Bakı Atıcılıq Mərkəzində keçiriləcək. Şuradan SİA-ya verilən məlumata görə, çempionatda iştirak edəcək hər bir komandada 1-dən 5-dək QHT təmsil oluna bilər. Atıcılıq çempionatında iştirak etmək istəyən QHT-lər komandanın adını, üzvlərinin ad və təvəllüdlərini, əlaqə vasitələrini yazaraq, aprelin 30-dək office.asu@gmail.com elektron poçtuna göndərməlidirlər.

Yarışda iştirak edəcək komandaların seçimi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılacaq.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin əlaqələndiricisi Azərbaycan Tələbələr Birliyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə