Son günlərdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranan gərginliklə bağlı müzakirələrə qoşulmaq üçün gənclər bir araya gələrək ictimai debat təşkil ediblər.
"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyindən (DVC İB) bildiriblər ki, ictimai debat gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, erməni yalanlarını və Azərbaycan həqiqətlərini ictimaiyyət ilə bölüşərək dünyaya çatdırılması, gənclərin bu informasiya müharibəsinə cəlb olunması məqsədilə keçirilib.
Bakının bir sıra təhsil müəssisələrini təmsil edən debatçıların, eləcə də DVC-nin hakim və məşqçi heyətinin üzvlərinin iştirak etdiyi görüşdə "Qarabağa sülh! Qarabağa ədalət!" kampaniyası ilə bağlı ətraflı məlumat verilib.
Görüş zamanı Azərbaycana qarşı olan qüvvələrlə aparılan informasiya müharibəsində qələbə qazanmaq üçün gənclərin sosial şəbəkələr vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın önəmindən danışılıb. Adı çəkilən kampaniya çərçivəsində facebook və twitter sosial şəbəkələrində #Karabakh, #KarabakhNow, #Nkpeace teqləri ilə Qarabağdakı vəziyyətlə bağlı həqiqi məlumatların paylaşılmasında gənclərin fəal iştirak etməsinin əhəmiyyəti qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB