Düşmən təxribatının qarşısının alınmasında canından keçən zabitimiz, baş leytnant 1989-cu il təvəllüdlü Dədəkişiyev Cavid Gülbaba oğlu bu gün doğulduğu İmişli rayonun Qaralar kəndində el qəbirstanlığında torpaqa tapşırıldı. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, şəhidimizə ehtiram olaraq imişlililər, hətta ətraf rayonlardan olan sakinlər dəfin mərasimində izdiham yaratdılar. Şəhidimizin dəfn mərasimində İmişli rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri, hərbiçilər iştirak etdilər.
Şəhidimiz torpaqa tapşırılandan sonra döyüş bayraqı şəhidin atasına təqdim olundu. Şəhidin xatirəsinə yaylım atəşi açıldı.
Allah rəhmət eləsin!
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB