Külək Xaçmazı bu kökə saldı FOTOLAR

Külək Xaçmazı bu kökə saldı FOTOLAR

Ötən gün Xaçmaz rayonunda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhəri ərazisində, eləcə də bəzi kəndlərdə onlarla ağac kökündən qoparaq elektrik və rabitə xətlərinin üzərinə aşıb. Külək rayonun elektrik təsərrüfatına xeyli ziyan vurub. 0,4 və 10 kilovoltluq hava xətlərində problemlər yaşanıb. Bununla əlaqədar bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Külək 20-dən çox elektrik dirəyinin aşmasına və 2 transfarmatorun zədələnməsinə səbəb olub. Hazırda müəssisənin işçi briqadaları fəsadların aradan qaldırılmasına səfərbər edilib. Artıq rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub.

Şəhərin N.Nərimanov küçəsində yerləşən 21 nömrəli beşmərtəbəli yaşayış binasının dam örtüyünün 50 faizə qədəri yararsız vəziyyətə düşüb. Hazırda sözügedən binanın dam örtüyünün yenilənməsi istiqamətində işlər görülür.

Hazırda da Xaçmazda güclü külək əsməkdə davam edir. Müvafiq strukturlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə