Şəmkir rayonunu Sabirkənd kəndində uzun müddətdir kartofun əkib beçərilməsi istixanalarda həyata keçirilir. 6 sot ərazidə holland və telman sortlarından olan kartof əkən Eldəniz Xəyalov məhsulun yığımını həyata keçirir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, topdan satış qiyməti 1 manat 30 qəpiyə təklif olunan kartof Rusiyaya ixrac edilir. Ötən il faraş kartof 2 manat, 2 manat 50 qəpiyə satıldığında fermer builki qiymətlərdən razı deyil.
"Məhsul zəif satıldığı üçün bazardan narazıyıq. Toxumluq kartofun kiloqramını 85 qəpiyə almışıq, ondan da əmələ gələn məhsulu 1 manat 30 qəpiyə, 1 manat 50 qəpiyə alırlar. Bu da bizi qane etmir. Bunun dərmanı var, sulanmağı var, istilikxana xərcləri var, bu da bizə sərf ermir"-deyə, satıcı qeyd edib.
Sabirkənd ərazi dairəsi üzrə 1400 təsərrüfatda faraş kartofun yığımına başlanılıb. İstixanalarda 3 sot ərazidən 500-600 kiloqram kartof yığılır. Əhalinin əsas məşğuliyyətini kartofçuluq təşkil etdiyi üçün Sabirkənddə açıq və qapalı şəraitdə 400 hektardan artıq sahədə kartof əkilib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB