Aprel 12-dən başlayaraq Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) "İƏT Gənc liderlər Sammiti" keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, sammitdə iştirak etmək məqsədi ilə nazir Azad Rəhimov bu ölkəyə səfərə yola düşüb.
Məlumat üçün bildirək ki, bu tədbir 14-15 aprel 2016-ci il tarixdə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçiriləcək İslam Sammiti Konfransının 13-cü sessiyasının bir hissəsi kimi təşkil edilir.
Sammitdə İƏT regionunda hazırda gənclərin ən çox üzləşdiyi problemlər və bu problemlərin aradan qaldırılması üçün tövsiyələrin hazırlanması, gənclər problemlərinin həllində ən yaxşı təcrübələrin mübadiləsi və digər mövzuların müzakirəsi nəzərdə tutulub.
"Həmrəyliyi və sülhün təşviqində gənc nəslin dəstəklənməsi; ekstremizm və islamafobiyaya qarşı mübarizə; mədəniyyətlərarası dialoqun təşviqi və hami üçün daha yaxşı gələcək" fikirlərini əks etdirəcək gənc liderlərin yekun tövsiyəsi dövlət başçılarının yığıncağına təqdim olunacaq.
Sammitdə nazir Azad Rəhimovun gənclərin inkişafının təmin edilməsində mövcud vasitə və mexanizmlər və bu sahədə dövlətin rolu barəsində təqdimatı nəzərdə tutulub.
İslam Əməkdaşlığı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun "İƏT Gənc liderlər Sammiti" aprelin 13-də öz işini yekunlaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB