Politoloq: "Rusiya razı olmaz ki, münaqişə onun iştirakı olmadan həllini tapsın" AÇIQLAMA
"Bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin böyük əksəriyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranmasında və hələ də öz ədalətli həllini tapmamasında Rusiya dövlətinin də günahı olduğunu açıq-aşkar bildirirlər. Son dəfə cəbhədə Ermənistan hərbiçiləri tərəfindən atəşkəsin pozulması və Azərbaycan ordusunun qarşı tərəfə layiqli cavab verməsi bir daha onu göstərdi ki, Azərbaycan dövləti və ordusu regionun lideridir və istənilən düşmənə arxasında kim durursa dursun, layiqli cavab verməyə qadirdir". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
O qeyd edib ki, həm Rusiya, həm də digər xarici dövlətlər müharibənin davam edəcəyi təqdirdə, Azərbaycan ordusunun qısa vaxt ərzində torpaqlarını hərbi yolla düşməndən azad etməyə qadir olduğunu aşkar şəkildə gördü: "Təbii olaraq belə vəziyyət Rusiyanı qane edə bilməz. Çünki hərbi yolla Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyi təqdirdə Rusiyanın həm regionda, həm də dünyada nüfuzu aşağı düşəcək, Ermənistana olan təsirini avtomatik olaraq itirəcək. Həmçinin də Rusiya heç bir zaman razı olmaz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi onun iştirakı olmadan həllini tapsın. Amma Rusiya zamanın həmin zaman olmadığını və Azərbaycanın 90-cı illərdə olan Azərbaycan olmadığını çox gözəl bilir. Buna görə də Rusiya hər vəchlə çalışır ki, həm Ermənistanı öz nəzarətində saxlasın, həm də münaqişəni Rusiyanın əli ilə həll etsin. Bu ölkə istəyir ki, həm nüfuzunu qoruyub saxlasın, həm də Azərbacan kimi bir qonşu ilə münasibətini korlamasın".
Politoloq deyib ki, atəşkəsin əldə olunması üçün Rusiyanın canifəşanlıq etməsində əsas məsələ hər zaman dəstək olduğu Ermənistanın məğlub olmasının, regionda və dünyada öz nüfuzunun aşağı düşməsinin qarşısını almaq istəməsidir: "Əgər geniş miqyaslı müharibə olsaydı, Ermənistan biabrçı şəkildə məğlub olacaqdı və bununla da Rusiya Qafqazda olan vasssalını itirəcəkdi. Çünki Ermənistan məğlub olcağı təqdirdə daha Rusiyanın deyil, qərb ölkələrinin vassalığına girməyə can atacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB