Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sİa-ya verilən məlumata görə, aprelin 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 270 m3/s olmaqla ongünlük normanın 36 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 458 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 103 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 121 m3/s təşkil edərək ongünlük normanın 72 faizinə bərabər olub.

Aprelin 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Şirvanda 24, Salyanda 27, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə 17 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 414 sm (2015-ci il aprelin 11-də 297 sm), Şirvanda 319 sm (2015-ci il aprelin 11-də 143 sm), Salyanda 240 sm (2015-ci il aprelin 11-də 105 sm), Bankədə 195 sm (2015-ci il aprelin 11-də 189 sm), Araz çayının Novruzlu məntəqəsində isə 118 sm (2015-ci il aprelin 11-də 38 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə