Bu il Həcc ziyarətinə yollanacaq zəvvarlara Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirliyi tərəfindən təhlükəsizlik ilə bağlı xüsusi xəbərdarlıq olunub. Qafqaz Müsəlmanları idarəsindən SİA-ya verilən məlumata görə, Yaxın Şərqdə, xüsusilə Suriyada baş verən hadisələr, o cümlədən Səudiyyə Ərəbistanının əməliyyatlarda iştirakını nəzərə alan Krallıq ziyarət zamanı mümkün terror təhlükəsindən ehtiyat üçün təhlükəsizlik tədbirlərini gücləndirməyi planlaşdırır.
Bundan irəli gələrək müvafiq ölkələrdən gələcək zəvvarlara mümkün qədər toplaşaraq gəzməmək, şübhəli əşya, şəxs və əlamətlər gördükdə dərhal yaxınlıqdakı təhlükəsizlik patrulunu məlumatlandırmaq xəbərdarlığı edilir.
Zəvvarlara xüsusuilə ziyarət qrafikindən kənarlaşmamaq tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB