Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Qəhrəmanlar vətənidir Azərbaycan" adlı tədbir keçilib. Tədbir Mədəniyyət və Turizm İdarəsinin, Təhsil Şöbəsinin, Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə təşkil olunub. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Orta ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin, Sumqayıt Dövlət Universitetinin tələbələrinin, gənclərin qatıldığı tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı, Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər kоmitəsinin sədri Əşrəf Şəfiyev güclü orduya malik Azərbaycanın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daim qələbələrə imza atacağına əminliklərini ifadə ediblər.
Vətənpərvərlik ruhunda şeirlərin səsləndiyi tədbirdə çıxış edənlər qəhrəmanlar yurdu olan Azərbaycanın qədim və çoxəsrlik tarixindən söz açaraq, xalqımızın nəinki ata-baba yurd-yuvalarına, həmçinin milli musiqisinə, mətbəxinə, mədəniyyətinə göz dikən mənfur erməni xislətindən danışıblar. Bildirilib ki, Vətən uğrunda canından keçən igidləri xalqımız əbədi olaraq, böyük ehtiramla yad edəcək.
Tədbirdə Azərbaycan Ordusunun qüdrətindən bəhs edən videoçarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB