Neft bahalaşmağa başladı

Həftənin əvvəlində müşahidə olunan ucuzlaşmadan sonra dünya birjalarında neftin qiyməti nisbətən bahalaşmağa başlayıb. Məlumata görə, bu bahalaşmadan sonra dünya bazarlarında "Brent" markalı neftin bir barelinin qiyməti 41.94 dollar təşkil edib.

"WTI" markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 39.72 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,50 dollar ucuzlaşaraq 39,53 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə