Çaylarda mövcud vəziyyət açıqlandı

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 55-125, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Aprelin 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 24 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 183 m3/s olmaqla ongünlük normanın 39 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 304 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 107 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 134 m3/s təşkil edərək ongünlük normanın 97 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 18 sm azalma, Şirvanda 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 447 sm (2015-ci il aprelin 08-də 339 sm), Şirvanda 359 sm (2015-ci il aprelin 08-də 239 sm), Salyanda 290 sm (2015-ci il aprelin 08-də 200 sm), Bankədə 213 sm (2015-ci il aprelin 08-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 153 sm (2015-ci il aprelin 08-də 90 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...