Ukraynada azərbaycanlı "Rekordlar Kitabı"na düşüb FOTOLAR

Uzun illər Ukraynanın Xarkov şəhərində yaşayan Elçin Orucov plastlindən yaratdığı qeyri adı personajlarını animasiya filminə çevirməklə bu sahədə böyük uğurlara imza atıb. SİA Aztv-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Aslanov un verdiyi məlumata görə, onun yaratdığı personajlar Tartoniya adlanan başqa planetin balaca və nəcib sakinləridir.

Bu sahədə son on ildə minə yaxın personajlar yaradan Elçin Orucov dünyanın animasiya filmləri ailəsinə yeni və fərqlı obrazla daxil olmağı bacarıb. Hazırda onun personajları əsasında Türkiyənin İzmir şəhərində çoxseriyalı cizgi filmi çəkilir. Qeyri-adi obrazların müəllifi kimi Ukrayna və Türkiyə mediasının diqqətini özünə cəlb edən Elçin Orucov "plastlindən ən çox animasiya personajı yaradan insan" kimi Ukraynanın "Milli Rekordlar Kitabı"na düşüb. Bununla bağlı paytaxt Kiyev şəhərində keçirilən "2016-Ukrayna Milli Rekord Reestri"-nin təqdimat mərasimində Elçin Orucova təşkilatın yüksək nominasıyası təqdim olunub.

Tədbridə Ukraynanın gənclər və idman naziri İqor Jdanov çıxış edərək, Ukraynanın rekordlar kitabına düşən qalibləri təbrik edib. E.Orucovun layihəsini bədii dəyərlər baxımından incəsənət, dizayn və animasiya modelləşdirilməsində uğurlu addım kimi dəyərləndirən mütəxəssislər, istedadlı həmyerlimizin yaratdığı Tartoniklər obrazının tezliklə dünya animasiya filimləri sferasına nüfuz edəcəyini vurğulayıblar.

Qeyd olunub ki, E Orucovun təxəyyülünün məhsulu olan Tartoniya planetinin sakinləri tezliklə cizgi filmləri qismində dünyanın bütün uşaqlarının ürəyini fəth edəcək .Tədbirə qatılanlarala yaradıcılıq uğurlarını bölüşən Elçin Orucov yaratdığı personajlar əsasında çəkilən animasiya serialının tezliklə televiziya ekranlarına çıxacağını bildirib. Tartoniklər Ukraynanın Xarkov şəhərində həyata vəsiqə qazanıb. İlkin olaraq bu personajlara adi gözlə baxdığını deyən müəllif, sonralar fikrini Xarkov şəhərindəki animasiya filmləri ilə məşğul olan mütəxəssislərlə bölüşüb. Animasiya mütəxəssislərinin qeyri adi personajlara göstərdiyi xüsusi maraq Elçinin təxəyyülündə yaşatdığı Tartonik dünyasının nəcib sakinlərini hərəkətə gətirib. Hətta Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Mutumedia Dizaynı kafedrası təqdim olunan animasiya personajlarını tədris planına daxil etməklə, bu sahədə tələbələr arasında Tartonik müsabiqəsi keçirməyə başlayıb. Yüksək mütəxəssis fikrini nəzərə alan E.Orucov bu dəfə tartonikləri bir layihə qismində Türkiyənin animasiya filmləri ilə məşğul olan media qrumlarına təqdim edib. Çox keçmədən İzmir şəhərindən dəvət alan həyerlimiz ideya ortağı olan Əlövsət Becanoğlu ilə birlikdə İzmir şəhərində "Tartoniks" adlı animasiya studiyası yaradaraq eyni adlı cizgi filmlərinin çəkilişinə başlayıblar. Tartoniya adlanan cizgi flmi uşaqlara daha çox, xeyirxahlığı, paklığı, təbiətə və həyata sevgi hisslərini aşılamaqla onlara xoş və rahat aura bəxş edir.

Elçin Orucovun yaratdığı personajlar hazırda Ukraynanın kütləvi İnformasiya vasitələrinin diqqət mərkəzindədir. Bununla bağlı nüfuzlu televiziya kanalları həmyerlimizlə bağlı xüsusi verilişlər yayımlayır. ( https://www.youtube.com/watch?v=YxZqzPIMwT4 https://www.youtube.com/watch?v=BmZf-fLxDI4 https://www.youtube.com/watch?v=SQtlhv1EJ8Y) Artıq bir sıra televiziya kanalları gələcəkdə cizgi filmlərinin göstərilməsi ilə bağlı Elçin Orucovun rəhbərlik etdiyi "Tartoniks" studiyası ilə müqavilə bağlayıblar. Elçinin əsas məqsədi gələcəkdə Azərbaycanın milli mənəvi dəyərlərini özündə ehtifa edən yeni animasiya personajlarını yaratmaqdır. O, harada yaşamasından və işləməsindən asılı olmayaraq hər zaman özünü azərbaycanlı kimi təqdim edir. Beynəlxalq tədbirlərdə Ukrayna, Türkiyə və Azərbaycan bayraqları altında çıxış etməkdən qürur duyur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...