Bakıda avtobus qəza törətdi ÖLƏN VƏ YARALANANLAR VAR

Səhiyyə Nazirliyi: "Qəza nəticəsində 9 nəfər xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib"

Bakının Nizami rayonu ərazisində avtobus qəzası baş verib. SİA-nın məlumatına görə, 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralılar var. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Yaralılardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanasına, 2 nəfəri Elmi-Tədqiqat Travmatologiya İnstitutuna yerləşdirilib.

Qəzada ölən qadının və xəsarət alanlardan bəzilərinin kimliyi açıqlanıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib ki, qəza nəticəsində Qurbanov Abbas, Əliyeva Mehri, Qurbanova Tamella, Kərimova Gülmərcan, Zeynalova Gültən, Ağamirzəyeva Əzizə yaralanıb. Ölən qadının 60 yaşlı Jitova Svetlana Yuriyevnadır.

Bütün xəbərlər Facebook səhifəmizdə