Günəşdən 17 mlrd dəfə böyük Qara Dəlik aşkarlandı

Bu barədə NASA məlumat yayıb

Alimlər çəkisi Günəşin kütləsindən 17 milyard dəfə artıq olan genişmiqyaslı qara dəlik aşkarlayıblar. Verilən məlumata görə, bu barədə NASA məlumat yayıb.

Qara dəliyin təkcə rekord həddə olan ölçüləri deyil, həmçinin yerləşdiyi məkan da təəccübləndirib. Belə ki, o, Yerin 200 milyon işıq ili məsafəsində olan "azsakinli" NGC 1600 elliptik qalaktikanın tam mərkəzində yerləşir.

""Sıx sakinləri olan" qalaktikada nəhəng qara dəliyi tapmaq gözləniləndir, bu təqribən Manhettendə göydələn tapmaq kimi bir şeydir, ancaq kiçik şəhərlərdə onu tampaq çətindir", - deyə Kaliforniyanın Berkli Universitetitndə araşdımaçı Çunpey Ma bildirib.

Alimlər hesab edirlər ki, nəhəng qara dəlik qalaktikaların toqquşması nəticəsində iki dəliyin birləşməsindən yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə