Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev aprelin 14-də saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərindəki Göytəpə Sərhəd Dəstəsində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinlərini qəbul edəcək.
Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprelin 12-dək Dövlət Sərhəd Xidmətinin rəsmi saytında (www.dsx.gov.az) yerləşdirsinlər.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Göytəpə Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB