Gənc diplomat Sübhan Talıblı ADU-da oldu

Gənc diplomat Sübhan Talıblı ADU-da oldu

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Diplomat" klubu və "Mənim Təhsilim, Mənim Gələcəyim" kampaniyasının birgə təşkilatçılığı ilə gənc diplomat, AMEA-nın aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Dillər Universitetində oldu.

ADU-dan SİA-ya verilən məlumata görə, qonaq seminar çərçivəsində "Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri", "Azərbaycanın regional və beynəlxalq əlaqələri", "Azərbaycan ilə Yaxın və Orta Şərq ölkələrinin münasibətləri", "Azərbaycan-İran", "Azərbaycan-Türkiyə", "Azərbaycan-Səudiyyə Ərəbistan", "Azərbaycan-İsrail" və digər mövzularda fikirlərini layihə iştirakçıları ilə bölüşdü.

Seminar iştirakçıları maraqlandıran sualların müzakirəsi ilə davam etdi.

Sonda layihə iştirakçıları xatirə şəkli çəkdirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə