Bilik Fondu Zaqatalada multikulturalizm mövzusunda tədbir keçirib FOTO
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Zaqatala nümayəndəliyinin təşəbbüsü ilə Tala kənd 1 saylı tam orta məktəbində "Multikulturalizm mövzusunda gənclərin maarifləndirilməsi" adı altında tədbir keçirilib.
Qurumdan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə məktəbin direktoru Mehnurə İsmayılova açıb. Dövlət himni səsləndikdən, şəhidlərin ruhu yad edildikdən sonra mövzu ətrafında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun baş mütəxəssisi Vidadi Rzayev geniş məruzə ilə çıxış edib. Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə nəşr etdiyi "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı iştirakçılara təqdim olunub.
Məruzə ətrafında Rayon İcra Hakimiyyəti Aparatının İctimai Siyasi və Humanitar Siyasi Şöbəsinin Dini məsələlər üzrə müavini İlqar Vəliyev, Tala kənd 1 saylı tam orta məktəbinin direktoru Mehnurə İsmayılova çıxış ediblər.
Sonra Zaqatala məktəblilərinin ifasında müxtəlif mahnılar, rəqslər, şeirlər səsləndirilib.
Tədbir iştirakçıları dəyirmi masa arxasında Bilik Fondunun nümayəndəsi ilə səmimi söhbət aparıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının yerlərdə təqdimatını davam etdirir.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB