Kamran Məmmədov: "Azərbaycan bayrağını Dağlıq Qarabağda dalğalandırcağıq" AÇIQLAMA
"Cəbhədə qəhrəmanlıqla mübarizə aparıb şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, ailələrinə və xalqımıza baş sağlığı verirəm. Hamımız əsgərlərimizlə, ordumuzla bir yerdəyik. Allah qoysa, işğalda qalan digər torpaqlarımızı da düşməndən azad edib, Azərbaycan bayrağını Dağlıq Qarabağda dalğalandırcağıq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Kamran Məmmədov deyib.
O, 15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində iştirak edəcəyi haqda da danışıb: "Yarışdan yeni çıxmışam, zədələrim çoxdur. Avropa təsnifat turnirinə tam hazırlıqlı olmasam da, məşqçilər korpusu orada mənim iştirakımı məqsədəuyğun hesab edirlər. Mən də hazırlığımı yüksək səviyyədə davam etdirib, əlimdən gələn qədər yaxşı məşq edirəm. Çalışacağam ki, 2012-ci ildə Olimpiya Oyunlarına qazandığım lisenziyanı 2016-cı ildə də qazanım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB