Xankəndində köçən ermənilərlə polis toqquşdu

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində artıq üçüncü onillikdir ki, erməniləşdirmə prosesi gedir. SİA-nın verdiyi məlumata görə, yaşayış məntəqələrimizi, milli-mədəni abidələrimizi ələ keçirmək azmış kimi, onları məhv edən, üzərinə erməni damğası vurmaqla özününküləşdirən ermənilərin tək məqsədi bütöv Qarabağın onlara aid olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır. 23 ildir ki, Dağlıq Qarabağ və ətraf rayonlar erməni hərbi birləşmələrinin nəzarəti altındadır. Onlar "status-kvo"nun davamlı olacağına tam arxayın olduqlarından Azərbaycanla kompromisə getməyi heç ağıllarına da gətirmirdilər. Amma Azərbaycan Ordusu Ermənistanın separatçı, hərbi xuntaçılarına bir həmlə ilə yerini göstərdi.

Budur, nəinki qoşunların təmas xəttinə yaxın, hətta Ermənistanla sərhəd kndlərindən ermənilərin köçü başlayıb. Amma hərbi xunta buna ciddi-cəhdlə mane olmağa çalışır. Belə bir hadisə dünən Əsgəran rayonunda da baş verib. Erməni saytları xəbər verir ki, Ağdərədə, Əsgəranda və Xankəndində yaşayan ermənilər Laçın yoluna döğru hərəkət etməyə başlayıblar. Amma onların yolunu polis və hərbçilər kəsib. Tərəflər arasında arasında toqquşma baş verib, mülki şəxslər arasında xeyli sayda yaralıların olduğu bildirilir. Faktı işğal olunmuş Azərbaycan ərazisində yaşayan ermənilər sosial şəbəkələrdə yazaraq təsdiq ediblər.

Məlumatlarda bildirilir ki, Əsgəranda yaşayan ermənilər rayondan çıxıb, meşə yollarla Xankəndinə getmək istəyiblər. Hüquq-mühafizə orqanları isə əhalini rayondan çıxmağa qoymayıb. Nəticədə polislərlə sakinlər arasında şiddətli toqquşma baş verib. Hazırda Xankəndinin giriş-çıxışında da postlar qurulub və camaata rayonu tərk etməyə icazə verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...