Ermənistan prezidenti Almaniya səfəri çərçivəsində Azərbaycan Ordusunun məxsus olduğu müasir silahlardan danışıb. Sarkiyan bildirib ki, Azərbaycandan fərqli olaraq Ermənistan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür. "Azərbaycan modern silahların olduğunu son 3 gündə özünü göstərdi", - Sarkisyan deyib.
Ermənistan prezidenti Rusiyanın Azərbaycana silah satması məsələsinə də toxunub. O, rəsmi İrəvanın bu faktdan narahat olduğunu deyib: "Rusiya bizim strateji müttəfiqimizdir. Bizim təhlükəsizliyimiz bir sistem ətrafında birləşib. Təbii ki Rusiyanın Azərbaycana silah satmasında məmnun deyilik".
Sarkisyan və Merkel arasında baş tutan görüşdə müzakirə olunan məsələlərin təfərrüatları məlum olub. Məlumata görə, birgə keçirilən mətbuat konfransı zamanı Almaniya kansleri Angela Merkel bildirib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsinin tərəfdarıdır. A.Merkel əlavə edib ki, Almaniya ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB