Ağcabədidə Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarına və cəbhədəki vəziyyətlə əlaqədar Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə dəstək aksiyası keçirilib. SİA xəbər verir ki, gənclərin, Qarabağ müharibəsi əlillərinin, veteranların, əmək kollektivlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı aksiya iştirakçıları şəhərin mərkəzindən və Füzuli küçəsindən Heydər Əliyev parkına yürüş ediblər. Minlərlə insanın iştirak etdiyi yürüşdə vətənpərvərlik mövzusunda müxtəlif şüarlar səsləndirilib.
Yürüş iştirakçıları Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların qanının yerdə qalmayacağını, işğal altında olan ərazilərimizin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi uğrunda döyüşlərə hazır olduqlarını bəyan ediblər.
Təqdim edilən şer kompozisiyası tədbir iştirakçılarının ruh yüksəkliyini daha da artırıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB