Anadolu Universitetinin rektorundan başsağlığı mesajı

Türkiyənin Anadolu Universitetinin rektoru Prof.Dr. Naci Gündoğan, Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov ilə telefon əlaqəsi saxlayaraq başsağlığı verib. SİA-nın əldə etdiyi məlumata görə, Prof.Dr. Naci Gündoğan öz adından və bütün Anadolu Universitetinin professor-müəllim heyəti adından mesajında bu ifadələrə yer verib: "Azərbaycanımızın haqlı davasında hər zaman qardaşlarımızın yanında olduğunu bildirir, son olaylarda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza da şəfalar diləyirəm. Başbakan Davutoğlunun da bildirdiyi kimi Türkiyə 78 milyon olaraq Azərbaycanın yanındadır".

Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov dəstək və həmrəyliyә görә Anadolu Universiteti rektoru Prof.Dr. Naci Gündoğana təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə