Bu yaxınlarda Çinin Uxan Universitetində Azərbaycana həsr olunmuş ənənəvi "Çin dostları" tədbiri keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin (ADU) Çinin Uxan Universitetində Siyasi elm sahəsində təhsilini davam etdirən tələbəsi Ayan Kərimova çoxtərəfli Azərbaycan-Çin münasibətlərinin dostluq əlaqələri üzərində qurulması, ölkəmizin qədim tarixi və müasir həyat tərzi, inkişaf istiqamətləri haqqında məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədi ilə böyük işlər gördüyünü vurğulayıb.
ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasovun sözlərinə görə adıçəkilən təhsil müəssisəsinin hazırda Çinin bir sıra aparıcı universitetləri ilə bağlanmış müqavilələr əsasında Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələri Çin dilini uğurla öyrənməklə yanaşı, eyni zamanda ölkənin tarixi və mədəniyyəti haqqında öz biliklərini zənginləşdirirlər. Onlar həm də Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərini, xalqımızın dövlətimizin ərazi bütövlüyünü qorumağı özünə müqəddəs borc bildiyini Çin ictimaiyyətinə çatdırmaq məqsədi ilə təşkil olunan tədbirlərdə fəal iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB