Ermənilər indiyyə qədər hələ heç vaxt olmadıqları bir təşviş içindədirlər. Bunu yerli media yazır. Bildirilib ki, istər orduda, istər işğal olunmuş ərazilərimizdə məskunlaşmış insanlar arasında, istərsə də Ermənistanda olan vətəndaşlar qorxu içindədirlər. Ölkə rəhbərliyinə inanmayan ermənilər məğlubiyyətlərinə görə bütün günahı Rusiyanın üzərinə atırlar.

Ermənilər təşviş içindədir. Buna əmin olmaq üçün onların sosial şəbəkələrdəki paylaşmalara nəzər salmaq kifayətdir.

Eyni zamanda erməni mediası ölkədəki acınacaqlı və stresli vəziyyətindən yazır. "Sputnik Armeniya"nın məlumatına görə, Dağlıq Qarabağda məskunlaşmış ermənilər, İrəvana qaçırlar. İrəvanın özündə isə vəziyyət anbaan qərginləşir. Erməni əsgərlərinin taleyi ilə bağlı dolğun məlumat verilmədiyindən, insanlar Müdafiə Nazirliyi və prezident aparatının qarşısında etiraz aksiyalarına başlayıblar.

Cəbhədəki vəziyyət isə paytaxtdakından qat-qat pisdir. Əsgərlər döyüşə gedməkdən imtina edirlər, cəbhədən qaçmağa cəhd göstərirlər. Ermənistanda prosesləri izləyən jurnalistlər yazır ki, əsgərlər Qarabağın, məhz Azərbaycan torpağı olduğunu əsas gətirərək, qurban getmək istəmirlər.

Cəbhəyə guya həvəslə gedən, amma Azərbaycan tərəfindən məhv edilən könüllülərin kadrları isə, əsgərləri daha da təşvişə salır. Bu görüntüdə könüllülərdən biri türkləri ölümlə hədələyir. Lakin avtobus yolda olarkən, pilotsuz uçan aparatımız onu vurub. Nəticədə elə bu könüllü də daxil olmaqla, 7 nəfər məhv edilib. Məlum məsələdir ki, Azərbaycan ordusunun qüdrətini görən istər əsgər, istər könüllü, istərsə də onların valideynləri, nəinki cəbhəyə getmək istəmirlər, hətta ölkədən qaçmağa belə çalışırlar.

Ermənistan hökuməti isə məğlubiyyəti xalqa izah etmək üçün politoloqlardan istifadə edir, bütün günahı umduqları Rusiyada görürlər. Hətta Rusiya ilə sıx əməkdaşlığa son qoymaq tələbi ilə mitinqlər başlayıb. Bütün baş verənlərin fonunda ölkədə ajiotaj artmaqdadır. Çünki insanlara heç bir rəsmi məlumatlar verilmir, Ermənistan rəhbərliyi vaxtaşırı əhalini yalan bəyanatlarla sakitləşməyə çalışsa da, artıq buna da heç kim inanmır. Ən əsas məsələ odur ki, Dağlıq Qarabağa görə heç bir erməninin ölmək fikri yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...