Mövlud Çavuşoğlu: "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın Ramsar şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə cəbhədə yaranmış hazırkı vəziyyət, o cümlədən Ermənistan qoşunlarının təmas xətti boyunca törətdiyi təxribatlar və mülki əhalini hədəfə alan ağır arteriya və ağır silahlardan istifadə etməsi barədə məlumat verib.
Mövlud Çavuşoğlu cəbhədə həlak olan hərbçilərin və mülki şəxslərin ailələrinə və Azərbaycan xalqına başsağlığı verib. O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həll olunmalıdır.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB