"Molla Nəsrəddin" jurnalının 110 illiyi elmi konfrans

Bu gün, Azərbaycan Milli QHT Forumunun Elm Mərkəzi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və "Jurnalist Qadınlar Assosasiyası"nin birgə təşkilatçılığı ilə "Molla Nəsrəddin" jurnalının 110 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransı BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva açıq elan edib.

Tədbirdə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "Jurnalist Qadınlar Assosasiyası"nin prezidenti Sevil Yusifova və MQF Elm Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova çıxış edərək Azərbaycanda milli şüurun formalaşmasında, mətbuatın inkişafında mühüm rolu olan "Molla Nəsrəddin" jurnalının ildönümünün keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Konfransda BDU-nun professoru, filologiya elmləri doktoru Alxan Bayramlı əsas məruzə ilə çıxış etdi. Məruzə ətrafında çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika nəzəriyyəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, İctimai Televiziya Yayım Şurasının sədri Cahangir Məmmədli, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Allahverdi Məmmədli və d. Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatında misilsiz xidmətlərini xüsusilə vurğuladılar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...