Gəncədə cəbhəyə dəstək aksiyası keçirilib

Gəncədə cəbhəyə dəstək aksiyası keçirilib

Gəncədə cəbhəyə dəstək aksiyası keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhərdə fəaliyyət göstərən ali, orta ixtisas təhsili müəssisələrinin tələbələri, sadə şəhər sakinləri erməni təxribatına qarşı cəsarətlə vuruşan Azərbaycan əsgərinin arasında olduqlarını nümayiş etdirib. Bayraq meydanında yeni salınan bulvar kompleksi boyu yürüş edənlər şəhid olan hərbiçilərimizin, mülki şəxslərin ruhunu yad edib. Meydanda toplaşaraq, bir ağızdan dövlət himnimizi səsləndirən və əllərində 3 rəngli bayraqlarımızı dalğalandıran gənclər "Qarabağ bizimdir, bizim olacaq!", "Ar olsun erməniyə", "Yaşasın Azərbaycan!" kimi şüarlar səsləndirib. Gənclər təşkil olunan yürüş-aksiya ilə cəbhədə qazanılan qələbələrdə müstəsna rol oynayan və düşmənə sarsıdıcı zərbələr endirən ordumuzun yanında olduqlarını bəyan ediblər.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə