Azərbaycan ordusunun zabiti dəfn olundu FOTO

Azərbaycan ordusunun zabiti dəfn olundu FOTO

Ötən gün Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olan Azərbaycan ordusunun zabiti dəfn olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhid zabitimiz son mənzilə minlərlə insanın alqışları ilə yola salınıb.

Əslən Kəlbəcərdən olan və Gəncədə müvəqqəti yaşayan 33 yaşlı silahlı qüvvələrin zabiti İnqlab Quliyev Aprelin 4-ü Tərtər istiqamətində düşmən hücumunu dəf edərkən şəhid olub. Böyük izdiham yaşanan dəfn mərasimində Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin nümayəndələri, döyüş yoldaşları və minlərlə şəhər sakini iştirak edib. Mərasimdə iştirak edənlər şəhid İnqlab Quliyevin əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam intizamlı bir zabit kimi daim yaddaşlarda yaşayacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə