Cəbhədə erməni təxribatı nəticəsində yaranan gərginlik nəticəsində şəhid olan əsgərlərdən biri Şəmkirin Tatarlı kəndində dəfn edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Nurlan Qasımovun dəfn mərasiminə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin, eləcə də Şəmkir rayon İcra Hakimiyyətinin rəsmləri, əsgər yoldaşları və minlərlə sakin qatılıb. Son günlər cəbhədə baş verən hadisələrdən danışılan mərasimdə şəhid əsgərimizin düşmənə layiqli müqavimət göstərdiyi və sücaətlə vuruşduqlarına diqqət çəkilib. Nurlan Qasımovun qanının yerdə qalmayacağı və düşmənə layiqli cavab verildiyi vurğulanıb. Şəhidin valideynləri və yaxınları vətən sağ olsun deyərək xidmətdə olan digər əsgərlərə döyüşlərdə uğurlar arzulayıblar. Həsən Həsənov şəhidin müəllimi Mən Nurlanın müəllimlərindən biriyəm. Nurlan orta məktəbdə təhsil aldığı vaxtdan vətənə bağlılığı ilə seçilib. Ona görə də canını vətən yolunda qurban verdi. Nurlanın valideynləri və yaxınları onunla fəxr edə bilər. Torpaq uğrunda ölən varsa vətəndir deyiblər. Kütləvi insan izdihamının müşayəti ilə Nurlan Qasımovun nəşi Tatarlı kənd qəbristanlığında torpağa tapşırılıb. Azərbaycanın dövlət bayrağı şəhidin atasına təqdim olunub. Dövlət himnimizin sədaları altında yaylım atəşi açılıb. Şəhid Nurlan Qasımov 2015-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsindən həqiqi hərbi xidmətə çatdırılıb. Allah rəhmət etsin!

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB