Ermənilər Əsgərandan qaçır

Ağdərə rayonundan ermənilərin Ermənistana qaçmaq istədikləri, onların yolunun Əsgəranda yaradılmış postlarda kəsilməsi və geriyə qaytarılması haqda məlumat vermişdik. SİA-nın etibarlı mənbələrdən əldə etdiyi ən son məlumata görə, Əsgəran rayonunun sürətlə və kütləvi şəkildə boşalmasından qorxuya düşən Ermənistan höküməti rayonun çıxışında yaraqlılardan ibarət post yaradıb.

Postu keçib təhlükədən uzaqlaşmaq istəyən rayon əhalisi əsgərlər tərəfindən geri qaytarılır, mümkün olmadığı təqdirdə isə sakinlərə qarşı fiziki təzyiq göstərilir. Erməni informasiya resurslarında yer alan, erməni əsgərlərin sakinləri döyərək təmas xəttindəki mövqelərə qaytarmasını əks etdirən videonu təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə