“Bizim ordumuza güvənimiz var"

“Bizim ordumuza güvənimiz var"

Düşmənin səhər saatlarından başlayaraq Tapqaraqoyunlu kəndini atəşə tutması nəticəsində 10-a yaxın yaşayış evinə o cümlədən elektrik, qaz, rabitə təsərrüfatına ziyan dəyib. Goranboyun Tapqaraqoyunlu kənd sakinləri düşmənin ağır artilleriyadan istifadə etməsinə baxmayaraq, kəndi tərk etmək niyyətində olmadıqlarını deyirlər:

"Bizim ordumuza güvənimiz var. Erməni bilməlidir ki, torpaq yiyələri öz torpaqlarına qayıdacaq. Ordumuza da güvənimiz var. Erməniyə layiqincə cavab verirlər". Yerli sakinlər düşmən gülləsindən qorunmaq üçün özlərinə xüsusi yer də hazırlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə