Ermənilər iki fərdi yaşayış evində yanğın törətdi

Ermənilər iki fərdi yaşayış evində yanğın törətdi

Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun cəbhəyanı Sarıcalı və Zəngişalı kəndlərini ağır artilleriya qurğularından atəşə tutur. Ağdam Rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, rayonun Zəngişalı kəndində vətəndaşlara məxsus evlərə mərmi düşüb.

Nəticədə iki fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası yanğının söndürülməsi üçün hadisə yerinə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə