Azərbaycan Ordusu qələbə əzmindədir FOTOLAR

Qaradağ rayonunda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Təhlüksizlik Şurasında keçirilən iclasda etdiyi çıxışına həsr olunmuş tədbir keçirilib

Bu gün Qaradağ rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun akt zalında ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Təhlüksizlik Şurasında keçirilən iclasda etdiyi çıxışına həsr olunmuş tədbir keçirilib. Görüşdə 850-dək rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, ictimai birliklər və gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd edib ki, aprelin 2-dən 3-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti silahlı təxribat törədib və təmas xəttində yerləşən mövqelərimizə hücum çəkilib. Nəticədə, təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrimiz atəşə tutulub. Təxribat nəticəsində hərbiçilərimiz və mülki şəxslər həlak olublar.

Sonra həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı S.Mikayılov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkədə həyata keçirdiyi məqsədyönlü hərbi strategiyanın uğurlu icrasının nəticəsi istər silahlı ordu birləşmələrində istərsə də xalq arasında torpaqlarımızın azad olunmasında böyük ruh yüksəkliyi yaradıb. Belə ki, son günlərdə ordumuz tərəfindən əldə olunan qələbələr bunu deməyə əsas verir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, millət vəkili Mixail Zabelin, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Rafiq Abbasov, Qaradağ rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi polkovnik-leytnant Novruz Rəhimov, Milli Qəhrəman Yusif Əliyevin atası Əliusif Əliyev, Qaradağ rayon Şəhid Anaları Cəmiyyətinin sədri Pakizə Abbasova, II qrup Qarabağ əlili Bəhman Qurbanov, Qarabağ müharibəsi veteranı Hümbət Hümbətov, ehtiyatda olan zabit Əlizaman Məmmədov Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvi Coşqun Şalyarov və digərləri Azərbaycan Ordusunun son günlərdə Ermənistan silahlı qüvvələri üzərində inamlı qələbəsi qeyd edilmiş və dövlət başçısı Cənab İlham Əliyevin ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirilmişdir.

Tədbirin sonunda Qaradağ rayon icra hakimiyyətinin başçısı S.Mikayılov Qaradağ rayon əhalisi adından ölkə rəhbərinin yürütdüyü məqsədyönlü və müdrik siyasət alqışlanaraq dövlət başçısı Cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunmasına hər an hazırı olduqları bildirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə