Gəncə şəhər veteranlar təşkilatının üzvləri, son günlər cəbhədə erməni işğalçılarının yenidən aktivləşməsi ilə əlaqədar olaraq yığıncaq keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, veteranlarla yanaşı, Qarabağ müharibəsi iştirakçıları və ziyalılar da ermənilərin təxribatın qarşısının layiqincə alınaraq düşmənə tutarlı zərbələr endirilməsini ordumuzun döyüş qabiliyyətinin yüksək olması ilə əlaqələndirib. Erməni qoşunlarının cəbhəboyu atəşkəsi pozmaqla yanaşı dinc əhaliyə qarşı ağır silahlardan istifadə edərək hücuma keçmə cəhdlərini də qətiyyətlə pisləyib. Uğurlu döyüş əməliyyatları həyata keçirən hərbçilərimizin göstərdiyi sücayətin təbliğinə diqqət çəkən müharibə veteranları və ziyalılar gənclər arasında hərbi-vətənpərvərlik hissinin yüksəldilməsinə töhfə vermək niyyətindədir. Bu məqsədlə Gəncədə fəaliyyət göstərən ali və orta məktəblərdə gənclərlə görüşlərin keçirilməsi planlaşdırılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB