Yazılması, yayımı, çapı və satış üsuluna görə Azərbaycanda bir ilk olan və Coşqun Kərimov tərəfindən yazılan "Kvan" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda "GR8Club" həmtəsisçisi Aygün Novruzova tədbiri açıq elan edib və "GR8Club"ın Kvan layihəsi haqqında məlumatlar verib.
Daha sonra Yüksək Texnologiyalar Parkının Layihələrə Dəstək və Elmi Potensial şöbəsinin rəisi Ülvi Aslanov çıxış edərək bir neçə layihələrə dəstək olduğunu və çap olunma üsuluna görə Azərbaycanda bir ilk olan "Kvan" layihəsinin xüsusi bir yerə malik olduğunu vurğulayıb. Leyla Surxayzadə kitabın marketinq və satış prossesini haqqında danışıb. Yazıçı Coşqun Kərimov kitabın ərsəyə gəlməsi haqqında çıxış etdikdən sonra oxucuların suallarını cavablandırılıb.
Çıxışların ardından Coşqun Kərimov kitabları imzalayıb və şəkillər çəkdirilib.
Qeyd edək ki, 38 gün ərzində yığılmış ümumi məbləğ: 2125 AZN
Kampaniya çərçivəsində ödəniş edənlərin sayı: 95 nəfər
Ödəniş edilən ölkələr: Azərbaycan, ABŞ, İngiltərə, Avstraliya, Rusiya və Türkiyə
Kitabın hələ rəsmi təqdimatı keçirilməmiş və bütöv kitab çapdan çıxmamış artıq 425 kitab satılıb. Edilmiş ödənişlər vasitəsilə tirajı 1000 olan kitab çap edilməyə verilib. Yanvarın 1-dən martın 2-nə qədər kitabın ilk 65 səhifəsinin PDF-i fərqli sayt və resurslar vasitəsiylə 1500+ dəfə yüklənib.
Kitabın ilk 65 səhifəsini elektron formada oxumaq istəyənlər kvanoxu.com`a daxil olaraq yükləyə bilərlər. Kitabın yayım və satış hüququ yalnız GR8-ə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB