FHN-in təyyarəsi Türkmənistana gedib

FHN-in təyyarəsi Türkmənistana gedib

FHN-in təyyarəsi tapılmış meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə