Çaylarda sululuq artıb RƏSMİ

Ötən gün bəzi yerlərdə yağan intensiv yağış nəticəsində respublikanın əksər çaylarında sululuq artıb, Göyçay çayından isə qısamüddətli daşqın keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-40 faizini təşkil edir.

Aprelin 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 265 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 268 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 156 m3/s olmaqla, ongünlük normanın 113 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 111 m3/s təşkil edərək ongünlük normanın 80 faizinə bərabər olub.

Aprelin 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 4, Salyanda 26 sm artım, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində isə 15 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 458 sm (2015-ci il aprelin 04-də 404 sm), Şirvanda 339 sm (2015-ci il aprelin 04-də 279 sm), Salyanda 260 sm (2015-ci il aprelin 04-də 221 sm), Bankədə 215 sm (2015-ci il aprelin 04-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2015-ci il aprelin 04-də 145 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...