Əli Həsənovun cəbhədəki vəziyyətlə bağlı SNNTürk-ə danışdı
"Azərbaycan dünəndən etibarən atışmanı dayandırıb. Lakin əgər Ermənistan tərəfi gərginliyə davam edərsə, Azərbaycan da özünü müdafiə edəcək". Bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "CNN Türk"ə açıqlamasında bildirib.
"Müharibədə belə vəziyyət olur, amma Ermənistanın törətdiyi təxribat çox böyükdür. Azərbaycan da qarşılıqlı olaraq öz müdafiəsinə qalxdı", - deyə Əli Həsənov vurğulayıb.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə baş verən təxribat nəticəsində Silahlı Qüvvələrin 12 əsgəri şəhid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB