Bu gün Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğal günüdür. Bu səbəbdən də Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) 3 saylı filialında "Yad əllərdə qalan Kəlbəcərim" adlı "dəyirmi masa" keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Kəlbəcərin tarixi, ərazisi, əhalisi, təbiəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, 1993-cü ilin aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcərdə dinc əhaliyə vəhşicəsinə divan tutulub, 500-dən çox yerli sakin öldürülüb, 321 nəfərin isə taleyindən xəbər yoxdur.
Bildirilib ki, hazırda Kəlbəcər rayonunun əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq, didərginlik ömrünü yaşayır.
Sonda Kəlbəcər haqqında videoçarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB