Xalası evindən oğurluq edən şəxs saxlanıldı

Xalası evindən oğurluq edən şəxs saxlanıldı

Saatlıda öz xalası evindən oğurluq edən şəxs saxlanılıb. SİA xəbər verir ki, Saatlı polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən Heydərabad kənd sakini Mehdiyev Mərhəmət Əlövsət oğlu saxlanılıb.

Mart ayının 26-da Saatlı rayonu Heydərabad kənd sakini İbişov Failə məxsus iri buynuzlu heyvanın oğurlandığı haqda Saatlı rayon polis şöbəsinə məlumat verilib.

Daxil olan məlumat əsasında məlum olub ki, hadisəni ev sahibinin xalası oğlu Mehdiyev Mərhəmət törədib.

Bütün xəbərlər Facebook səhifəmizdə