Türk jurnalisti öldürən erməni azadlıqda FOTO

Aram Qriqoryan məhkəmə zalından azadlığa buraxılıb
Türk jurnalisti öldürən erməni azadlıqda FOTO

İrəvanın Kentron və Nork-Maraş məhkəməsi Ermənistanda öldürülən türkiyəli jurnalist xanım Qaya Coşarın qatili, taksi-sürücüsü Aram Qriqoryanın məhkəmə zalından sərbəst buraxılması haqda qərar çıxarıb. SİA-nın Ermənistanın hayastannews.com saytına istinadən verdiyi məlumata görə, İrəvanın adıçəkilən rayon məhkəməsi Aram Qriqoryanı idarə etdiyi avtomobillə türkiyəli jurnalist Qaya Coşarı vurub öldürüdüyü üçün 2 il azadlıqdan məhrum etmişdi. Ancaq bu gün keçirilən məhkəmədə bu müddət bir il şərti işlə əvəzlənib.

Qatil erməni sürücü Aram Qriqoryan

Qeyd edək ki, türkiyəli jurnalist Qaya Coşar 2014-cü ilin noyabrından Ermənistan-Türkiyə proqramlarından biri çərçivəsində Yerevanda işləməyə başlayıb. 2014-cü ilin dekabrında üstünə avtomobil sürülməsi nəticəsində öldürüldüyü haqda xəbər yayılıb. O, hadisədən sonra 12 gün xəstəxanada müalicə olunsa da, yanvarın 7-də ölüb. Ermənistanda öldürülən türkiyəli jurnalst Türkiyənin Kütahya vilayətinin Simavi rayonunun Dəmirçiköy kəndində dəfn edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə