Cümə xütbəsi azərbaycanlıların soyqırımına həsr olundu UNUTMAMALIYIQ!

Hacı Surxay Məmmədli: “Gənclərimiz mütaliə etməli, tarixi həqiqətləri öyrənməli və sonradan özləri bu kimi təbliğatların aparılmasında rol almalıdırlar”

Bu gün İçərişəhər Cümə məscidində cümə namazı öncəsi verilən xütbə 31 mart - azərbaycanlıların soyqırımına həsr olunub. SİA-nın verdiyi xəbərə görə, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli xütbəsi əsnasında bildirib ki, bu qanlı və bəşəriyyətə yönəlmiş tarix insanlarımız tərəfindən unudulmamalı, daim təbliğ edilməli və gələcək nəsillərə ötürülməlidir: "Bəzən insanlarıımız unutqan olur, ölkəsinə, xalqına, millətinə dair tarixi hadisələrə etinasız yanaşırlar. Xüsusilə, biz bu cəhəti gəənclərimizdə müşahidə edirik. Biz nə 98 il öncə baş vermiş bu qanlı faciəni, nə də erməni faşizminin 20-ci əsrin sonlarında törətdiyi vəhşiliklərini unutmamalıyıq. Bunun üçün müasir zamanımızda mövcud olan bütün informasiya resurslarından yararlanmaq olar. Gənclərimiz mütaliə etməli, tarixi həqiqətləri öyrənməli və sonradan özləri bu kimi təbliğatların aparılmasında rol almalıdırlar".

"Budur erməni vəhşiliyinin sifəti!"

"Baxın, təkcə 1918-ci ildə erməni danşakları Şamaxıda, Göyçayda, Qubada və s. bölgələrimizdə vəhşiliklərini törədərkən elə hadisələr baş verib ki, onları xatırlayanda insan dəəhşətə gəlir. Ermənilər bir ananın gözləri önündə körpəsinin gözlərini çıxarıb, onu yeməyə məcbur ediblər. Erməni vəhşiləri Şamaxıda talanlarla, qətllərlə məşğul olarkən, bir qrup azərbaycanlı yerin altında hazırlanmış qazmada gizləniblər. Həmin an bir ananın qucağındakı qundaq körpəsi acından ağlayır, süd istəyir və ana insanların ermənilərə əsir düşməməsi üçün onu bağrına basır. Ermənilər uzaqlaşdıqdan sonra bəlli olur ki, körpə tələf olub. Bax, budur erməni vəhşiliyinin sifəti! Xalqımız bunları unutmamalıdır".

"Xəyanətkar ünsürlər arixlər boyu azərbaycanlılara qarşı soyqırımı siyasəti yürüdən erməni lobbisinin dəyirmanlarına su tökməklə məşğuldurlar"

Cümə məscidinin axundu eyni zamanda qeyd edib ki, bu gün Azərbaycanı gözü götürməyən müxtəlif cərəyanlara xidmət edən xarici qüvvələr və onlara əl altından işləyən daxili xəyanətkarlarımız da var: "Mənəviyyat və ləyaqətlərini qrantlara satan bu kimi ünsürlər bilavasitə Azərbaycan dövlətçiliyinə xalqımıza qarşı xəyanətlər törədirlər. Tarixlər boyu azərbaycanlılara qarşı soyqırımı siyasəti yürüdən erməni lobbisinin dəyirmanlarına su tökməklə məşğuldurlar. Amma zaman-zaman öz cəzalarını alırlar. İstər dövlət, istərsə də Allah qanunları qarşısında. Ona görə də biz heç vaxt öz tariximizi unutmamalı, mübarək məmləkətimizə qarşı xor baxan istənilən qüvvələr qarşısına elmimizlə, savadımızla, bilgilərimizlə çıxıb, onları susdurmalıyıq. Bu bizim həm Vətən, həm insanlıq, həm də mənəvi borcumuzdur".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə