Nərimanov RGİİ-də ADİU-nun tələbələri ilə görüş keçirilib FOTOLAR

Nərimanov Rayon Gənclər və İdman İdarəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov İdarəninin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib və qeyd edib ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir.

Eyni zamanda qeyd edib ki, Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımıdır. Bu hadisələr Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrdir. Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

N.Novruzov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışaraq qeyd etmişdi ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi yeni qələbələrə doğru inamla irəliləyir.

Sonra çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Yusif Məmmədzadə İdarə tərəfindən yaradılan şəraitə və tələbə-gənclər təşkilatları ilə yaranmış sıx əməkdaşlığa görə öz minntədarlığını bildirdi, fəal gəncləri və fakultə sədrləri təqdim etdi və qeyd etdi ki, bu gün bütün sahələrdə inkişafın təməli olan sabitliyin, əmin – amanlığın yaranmasının, müasir dövlətçiliyimizin memarı, Ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Onun bizlərə olan tövsiyyələri xalqımızın milli ideologiyasının və hələ neçə illər gənc nəslin formalaşdırılmasında müstəsna rolu olacaqdır.

Sonda İdarə rəisi gəncləri maraqlandıran sualları cavablandırmış, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirakına, Tələbə-Gənclər Təşkilatının formalaşmasında xidmətlərinə və təhsilində fərqləndiyinə görə 5 nəfər Təşkilatın fəal üzvləri Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən "Fəxri Fərmanlar" ilə təltif edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə