Göyçayda evdə və qarajda yanğın olub. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Göyçay rayonu, Qaraxıdır kəndində vətəndaşa məxsus ümumi sahəsi 480 kv. m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində (1-ci mərtəbə 3 otaq və qarajdan ibarət) "VAZ-2106" markalı minik avtomobilinin mühərriki, salon hissəsi, 1-ci mərtəbədə qarajın və 1 otağın tavanı 56 kv. m sahədə yanıb.
Avtomobil yanğınsöndürənlər çatana kimi qonşular tərəfindən söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB