Hollandiyada 59 yaşlı "Facebook" istifadəçisi müsəlmanlara qarşı irqçi və şiddət yönlü yazısına görə məhkəmə qərarı ilə cəzalandırılıb. SİA xəbər verir ki, vaxtilə hərbi status almış bu şəxs noyabr ayında Fransada baş verən terror aktı ilə bağlı şəxsi "Facebook" profilində müsəlmanlara qarşı aqresiv yazı ilə çıxış edib.
"Hər günahsız üçün 20 müsəlmanı "MG 42" və 10 min güllə ilə tanış etmək lazımdır" - deyə o bildirib.
Yazı ilə bağlı müsəlmanlar tərəfindən şikayət edilən şəxs məhkəməyə çıxarılıb.
Məhkəmə 59 yaşlı şəxs üçün 80 saat ərzində cəmiyyətə faydalı olan bir işdə məcburi olaraq çalışması hökmünü verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB