Astara rayonunda 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Tədbirdə idarə, müəssisə və təşkilatların kollektivləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. SİA-nın məlumatına görə, rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova tədbiri açaraq soyqırımı ilə əlaqədar iştirakçılara məlumat verib. Xalqımızın, bütün dünya Azərbaycanlılarının 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının ildönümünü böyük ürək ağrısı ilə, dərin hüznlə qeyd etdiyini vurğulayan Y.Rəsulova 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi ilk dəfə olaraq 26 mart 1998-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla keçirildiyini iştirakçıların nəzərinə çatdırıb. Qeyd edib ki, 1918-ci il mart soyqırımından 98 il keçir. Lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür. Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti, nəhayət, Azərbaycan xalqına qarşı bu zorakılıqlara obyektiv siyasi-hüquqi qiymət verməli, cinayətkarlar öz layiqli cəzasını almalıdır.
Tədbirdə rayon təhsil şöbəsi müdiri Qızbəs Məmmədova, mərkəzi kitabxananın direktoru Tural Eyvazov, Astara Pedaqoji Kollecin direktor əvəzi Elnur Dadaşov, rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Surxay Məmmədov çıxış edərək erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarix boyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dönəmlərində azərbaycanlılara qarşı dəhşətli soyqırımlar törətdiklərini qeyd etmiş, bu soyqırımını dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırmaqda bütün imkanlarımızdan istifadənin vacibliyini söyləyiblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB