Bakı Nəqliyyat Agentliyinin marşrut xətlərində apardığı təkmilləşdirmə işlərinin davamı olaraq "BakuBus" MMC-yə məxsus 3 nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişikliklər edilib. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov bildirib.
Onun sözlərinə görə, "BakuBus" MMC-yə məxsus 3 nömrəli marşrut xətti aprelin 1-dən etibarən Şəhidlər xiyabanı – Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektindən keçməklə hərəkətini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB